Rektordan təqdirəlayiq addım: “Tələbələr bu ödənişdən azad edildi”


Azərbaycan Dillər Universitetinin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla mühüm təşəbbüs irəli sürüb. 
“Sherg.az” xəbər verir ki, rektorun təklifi və ADU Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə universitetin 2 saylı qızlar yataqxanasında yaşayan bütün tələbələr bir aylıq kirayə ödənişindən azad olunublar.

Bu barədə ADU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahin Sərdarlı məlumat verib. O qeyd edib:  

“Əziz xanımlar, bayramınızı təbrik edir, dərslərinizdə, gələcək fəaliyyətlərinizdə Sizə yüksək nailiyyətlər arzu edirik!”