“Hər gün erməni ailələrinə əsgər meyiti getməlidir”- Sərt reaksiya


“Belə olduqda onların qudurğanlıqlarına son qoyulacaq. Hesab edirəm ki, bu vaxt çoxdan çatıb”

“Beynəlxalq hüququn və BMT nizamnaməsinin müvafiq maddələrinə əsasən, ərazilərimizi düşməndən azad etmək üçün belə bir hüququmuz var



Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimi kobud şəkildə pozulub. Düşmən snayperi tərəfindən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Paşazadə Orxan Nazim oğlu yaralanıb,. 

O, dərhal Qazax rayonunun diaqnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb. Bu gün şəhid hərbiçimizlə əlvida mərasimi başa çatıb. Cəlilabad rayonunun Cəfərxanlı kəndində torpağa tapşırılıb.



Millət vəkili Elman Məmmədov “Sherg.az” a açıqlamasında bildirib ki, Qazax rayonu istiqamətində sərhəd qoşunlarımız yaranandan sonra  itkilərimiz çox olub:

“Diqqət çəkən bir məqam var. Nə üçün ermənilər Azərbaycan-Ermənistan sərhəddində bu təxribatları törədirlər? Baş verənlər ermənilərin növbəti hiyləsidir. Onlar üzv olduqları Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) diqqətini özlərinə yönəltmək üçün belə addım atırlar. Düşmən göstərmək istəyir ki, guya Azərbaycan  Ermənistan ərazisini atəşə tutur. Ermənilər əsgərimizi şəhid edirlər, amma ordumuz həmin mövqelərdə atəş açılan istiqamətdə bütün nöqtələri susdurub darmadağın edirlər. Ermənilərin itkisi də olur. Həmin təşkilatın nizamnaməsində belə bir bənd var ki, bu təşkilat üzvü olan dövlətlərin ərazisində təhlükə olarsa, başqa üzv olan ölkələr ona kömək etməlidirlər. Ermənilərin məqsədlərindən biri budur. Onlar yalanda göstərirlər ki, guya Azərbaycan onların ərazilərini atəşə tutur. Ona görə də təxribatı qəsdlə törədirlər. Düzdür, əvəzində paylarını artıqlaması ilə alırlar. Azərbaycan sərhəd xidməti yüksək səviyyədə ermənilərin cavabını verir”.

“Təxribatların qarşısının alınması və itkilərimizin olmaması üçün hansı addımlar atılmalıdır?” sualına gəlincə, parlamentari qeyd edib ki, düşmən elə susdurulmalı və ağır zərbələr almalıdır ki, daha belə təxribatlara əl atmasın:

“Hər gün erməni analarının üzərinə təmas xəttində xidmət edən əsgərlərin meyidi göndərilməlidir. Belə olduqda onların qudurğanlıqlarına son qoyulacaq. Hesab edirəm ki, bu vaxt çoxdan çatıb. Beynəlxalq hüququn və BMT nizamnaməsinin müvafiq maddələrinə əsasən, ərazilərimizi düşməndən azad etmək üçün belə bir hüququmuz var”.

E.Məmmədov bildirib ki, Ermənistan siyasi rəhbərliyinin danışıqlar yolu ilə torpaqları azad eləmək fikri yoxdur:

“Tək çıxış yolu odur ki, Azərbaycanın güclü ordusundan istifadə edib, düşməni torpaqlarımızdan çıxarıb ərazi bütövlüyümüzü təmin etməliyik. Daha sonra atəşkəs haqqında fikirləşmək olar. Başqa çıxış yolu görmürəm. Şəhidlər vətənimiz, torpaqğımız və xalqımız uğrunda canlarından keçirlər. Borcumuz onların qanının yerdə qalmaması üçün tədbirlər görüb, qısasımızı almaq və  torpağımızı azad etməkdir”.