Niki Minajın əri 10 illik həbs oluna bilər


Amerikalı repçi Niki Minajın əri Kennet Petti 10 ilədək azadlıqdan məhrum edilə bilər.

Axşam.az xəbər verir ki, buna səbəb isə 37 yaşlı Pettinin Kaliforniyaya köçdüyü vaxt cinsi zorakılıq törədən şəxs kimi qeydiyyatdan keçməməsi olub.

Petti ötən 2 gün əvvəl keçirilən məhkəmədə günahsız olduğunu deyib və 100 min dollar girov qarşılığında azadlığa çıxıb.

Onun növbəti məhkəmə prosesi martın 23-də keçiriləcək.

Qeyd edək ki, Petti 16 yaşlı qızı zorladığı üçün 4 il, Lemont Robinson adlı şəxsi qətlə yetirdiyinə görə 10 il həbs həyatı yaşayıb.