Pelin ekranlara qayıtmaq istəyir


Uzun müddətdir efirlərdən uzaq düşən türkiyəli aktrisa Pelin Karahan alış-veriş mərkəzində görüntülənib.

Axşam.az xəbər verir ki, müxbirlərlə söhbət edən aktrisa ekranlara geri qayıtmaq istədiyini bildirib:

“Gələn təklifləri artıq dəyərləndirirəm. Uşaqlar artıq böyüyüb. Yaxşı təklif gələrsə, ekranlara geri qayıtmaq istəyirəm. “Uşaqlarım var, evliyəm, həftədə 3 gün çəkilişə gələrəm” kimi şərtlərə düzgün baxmıram”.