Almaniya qəzetində Ermənistan-Azərbaycan münaqişəsi barədə məqalə dərc edilib



Almaniyanın “Der Freitag” qəzetində azərbaycanlı doktorant Asif Məsimovun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məqaləsi dərc edilib.

AZƏRTAC xəbər verir ki, tarixi faktlara əsaslanan məqalədə erməni tərəfinin arqumentlərinin əsassızlığı qeyd edilir. Azərbaycan tərəfinin mövqeyinin isə tarixi nöqteyi-nəzərdən və beynəlxalq hüquq baxımından əsaslı olduğu diqqətə çatdırılır.