Dünyada yeganə albinos oranqutan təsbit edilib - FOTO


Borneo adasının İndoneziyaya aid hissəsində dünyada yeganə albinos oranqutan tapılıb.

Oxu.az bildirir ki, Alba adlı bu dişi oranqutan yerli kəndlilər tərəfindən bir müddət qəfəsdə saxlanılıb.

2017-ci ildə heyvan müdafiəçiləri meymunu kəndlilərin əlindən alıb.

2018-ci ildə isə Albanın vəhşi təbiətdə yaşaya biləcəyinə əmin olan heyvan müdafiəçiləri onu azadlığa buraxıb.

Cari ilin mart ayında Albanın sağ olduğu təsbit edilib.