İki ay su altında qalan iPhone 11 hamını təəccübləndirdi


IP68 sertifikatı sayəsində iPhone 11 2 metr dərinlikdəki suda 30 dəqiqə problemsiz qala bilir. Buna rəğmən digər telefon istehsalçıları kimi Apple da su ilə təmas olduğu halda cihazdakı problemi aradan qaldırmaqdan boyun qaçırır.

Ted.az  bildirir ki, ABŞ-ın Florida ştatında yerləşən Orlando şəhərindəki əyləncə parkında baş verən hadisə iPhone 11 həvəskarlarını həm təəccübləndirəcək, həm də sevindirəcək.

Parkda gəzişən ailənin azyaşlı uşağı yeni alınan iPhone 11-i suya düşürüb. Ailə hadisəni park əməkdaşlarına bildirsə də, telefonu çıxarmaq mümkün olmayıb. Ona görə də ailə yeni telefon satın alıb.

İki ay sonr isə park əməkdaşları ailə ilə əlaqə saxlayaraq telefonu sudan çıxardıqlarını bildiriblər. Əsas məsələ isə telefonun enerjisi doldurulduqdan sonra işləməyə başlaması olub. Telefonun üzərini qum və yosun örtsə də, problemsiz şəkildə çalışır.