“8 mart aksiyası”nda xarici “əl”... – İdarə olunurlar


“Bunların ölkəmizdəki başçıları Avropadan yaxşı pullar alırlar və həmin pulların təyinatı üzrə xərcləndiyini belə aksiyalarla xaricdəki təşkilatlara göstərirlər»



“Hər şey “toplaşma”, “fikir” və “mətbuat” azadlığı başlığı altında ictimaiyyətə sırınır və həqiqətlər görünməz olursa, sabah bizim heç bir dəyər qalmayacaq”.

“Sherg.az”ın xəbərinə görə, bu barədə gənc fəal, AĞ Partiyanın sədr müavini Cavid Hacibeyli Feysbuk profilində yazıb. 

Gənc siyasətçi vurğulayıb ki, ötən gün Bakıda aksiya keçirərək “azadlıq” tələb edənlərin səmimiyyətinə inanmır: 

“Əminik ki, bunların dərdi qadın haqqları, ümumiyyətlə haqsızlığa məruz qalmış qadınlar deyil. Bu zümrə ölkəmizdə bir layihədir. Bunların ölkəmizdəki başçıları Avropadan yaxşı pullar alırlar və həmin pulların təyinatı üzrə xərcləndiyini belə aksiyalarla xaricdəki təşkilatlara göstərirlər.

Onların şüarına baxın! Guya bizim millət və valideynlər öz qızlarını istismar edir, istədikləri adamla evləndirirlər və s. Guya bu feminist zümrə məhz buna etiraz olaraq öz bədənlərinin istədikləri adamla təyinatı üzrə “istifadə”sini müdafiə edirlər”.