Bu dəfə koronavirusa görə konsertlərini ləğv etdi


61 yaşlı amerikalı müğənni Madonna "Madame X Tour" dünya turu çərçivəsində keçirilən konsertlərini ləğv etdiyini bildirib.

Axşam.az xəbər verir ki, bu barədə ifaçının rəsmi saytında məlumat yayılıb.

Martın 10-da və 11-də Fransada keçirilməsi nəzərdə tutulan konsert bu dəfə dünyada sürətlə yayılmağa davam edən koronavirusa görə təxirə salınıb.

Qeyd edək ki, Madonna "Madame X Tour" dünya turu çərçivəsində dəfələrlə konsertlərini ləğv etdirib.