Rayon sakinlərindən külli miqdarda narkotik tapıldı

Astara sakinlərindən külli miqdarda narkotik götürülüb.
Daxili İşlər Nazirliyindən "Sherg.az"a verilən xəbərə görə, Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları əməliyyat tədbirləri keçirib. Nəticədə narkotik maddələrin dövriyyəsində şübhəli bilinən Astara şəhər sakinləri K.Hüseynov və E.Hüseynov saxlanılıb.

Şəxsi axtarış zamanı K.Hüseynovdan 3 kiloqram 685 qram heroin və 3 kiloqram 390 qram tiryək aşkar edilərək götürülüb.