"Koronavirusdan təbii vasitələrlə də qorunmaq olur"- Yolları göstərildi 

“Boğazınızı soda ilə qarqara edin, axşamlar da bir diş sarımsaq yeyin koronavirus sizə yaxın gələ bilməyəcək"


 

Bu gün koronavirus infeksiyası ilə bağlı informasiyalar  bütün dünyanın gündəmini zəbt edib. Dəhşətli virus ölkəmizdə də əhalinin təlaşına səbəb olub.Hər gün qəzet və saytların manşetini bu virusa yoluxanlarla bağlı müxtəlif xəbərlər bəzəyir. Lakin bəziləri koronavirusu o qədər də ciddi hesab etmir. Buna baxmayaraq müxtəlif yollarla özünü qorumağa çalışanların sayı kifayət qədərdir.

 

Tibb Universitetinin (ATU) dosenti, həkim  Rəşid Mahmudov “Sherg.az”a  açıqlamasında koronavirusundan qorunmağın yollarını göstərib.
O, bildirib ki, insan tələfatına səbəb olan epidemiyaya yoluxmamaq üçün Hidrogen Peroksiddən (Perekis) istifadə etmək lazımdır:

"Deyirlər guya koronavirusdan qorunmaq üçün araq içmək lazımdır. Xahiş edirəm, belə deyib xalqı “alkaş” etməsinlər. Perekisi alıb 3 faizli məhlula çevirin onu şprisə doldurub 3-5 kub santimetr səhər-axşam burunlarınızın deşiyinə tökün. Bir də boğazınızı soda ilə qarqara edin, axşamlar da bir diş sarımsaq yeyin koronavirus sizə yaxın da gələ bilməyəcək".