Orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı uzadıldı

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu vaxtı uzadılıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) "Sherg.az"a verilən məlumata görə, sənəd qəbulunun vaxtı martın 12-si saat 11:00-a qədər uzadılıb.

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər. Ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olanlar saat 17:00-dək müvafiq komissiyaya yaxınlaşmalıdır.

Hazırki məlumata görə, təsdiq edilmiş ərizələrin sayı 18739-dur “Azərbaycan bölməsi üzrə 18169, rus bölməsi - 570”.