Prezident üç ölkəyə səfir təyin etdi


Prezident İlham Əliyev Azərbaycanın üç ölkədə səfirlərini təyin edib. 
Bununla bağlı müvafiq sənədlər AZƏRTAC-da dərc olunub.
Prezidentin sərəncamı ilə Gürsel Qüdrət oğlu İsmayılzadə Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Dövlət başçısının digər sərəncamı ilə Elmira Hüseyn qızı Axundova Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
İlham Əliyevin  müvafiq sərəncamı ilə Adış Sakit oğlu Məmmədov Azərbaycan Respublikasının Çex Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.