Koronavirusla bağlı SON STATİSTİKA : 70 min 387 nəfər xilas olub


Ümumdünya Səhiyyə Təşkilatı dünyada koronavirusla bağlı bu günə olan statistikanı açıqlayıb.

"Sherg.az" xəbər verir ki, təşkilatın statistikasına əsasən, 127 ölkədə “COVİD-19” virusuna yoluxma halı qeydə alınıb. Ötən gün ərzində daha 102 nəfər bu xəstəliyə yoluxub, 8 nəfər dünyasını dəyişib, 1300 nəfər isə sağalıb.

Qeyd edək ki, ÜST-nın yeni statistik göstəricilərinə görə, hazırda dünya üzrə bu virusa 134 min 768 insan yoluxub. İndiyə qədər 4983 nəfər ölüb, 70 min 387 nəfər isə xəstəlikdən xilas olub.