MSK sədri deputatın əlini havada qoyub - Salamlaşmayıb

Milli Məclisin bu gün keçirilən iclasında deputatlara vəsiqələr təqdim edilməsinə başlanılıb.
"Sherg.az" xəbər verir ki, vəsiqələri bu gün Milli Məclisin plenar iclasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov təqdim edir.
Qeyd edək ki, M.Pənahov sənədləri  təqdim edərkən deputatlarla əllə görüşməyib. Hətta bir neçə deputat ona əl uzatsa da, MSK sədri onların əlini havada qoyub. Və Milli Məclis üzvlərinə koronavirusa görə, əllə görüşməməyi tövsiyə edib.