Komitə sədri: “Təhsil kreditləri vacibdir"

“Təhsil kreditləri vacibdir, biz müvafiq dövlət qurumu ilə müzakirələr apararaq bu layihənin gündəmə gəlməsinə çalışmalıyıq”.  
“Sherg.az”ın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında Qanunvericilik İşlər Planının müzakirəsi zamanı Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bildirib.
Q.Paşayeva deyib ki, kənd yerlərində yaşayanların övladları üçün təhsil kreditləri çox vacibdir:
“Bəzi qanunları qəbul etmişik, icra olunmur. 18 yaşına çatmayan uşaqlara siqaret satılmamalıdır, tütün məhsullarının məktəbə yaxın yerlərdə reklamı qadandır. Ancaq qanunvericiliyin bu tələblərinə riayət olunmur”.