“Girovlarla bağlı dövlət səviyyəsində addımlar atılır”

Girovlar Dilqəm Əsgərovla Şahbaz Quliyevin taleyi hələ də naməlumdur. Onlar uzun illərdir,  ailələrindən  uzaqda, düşmən girovluğundadırlar. Müzakirələr aparılsa da, nəticəsiz qalır. Nə etmək lazımdır?

Axı onların da əzizləri, doğmaları, vətənləri var.

Milli qəhrəman Ramil Səfərovun atası Sahib Səfərov “Sherg.az” a açıqlamasında “bu xəmirin hələ çox su aparacağını” deyir:
“Mən bu haqda dəfələrlə danışmışam, fikrimi bildirmişəm. Bizim mövqeyimiz məlumdur. Ermənilər vəhşi millətdir. Biz ancaq onları lənətləyirik. Şahbazla Dilqəmin girovluqdan azad olunması istiqamətində dövlət səviyyəsində addımlar atılır. Prezidentimiz özü nəyi necə edəcəyini yaxşı bilir”.