Parlamentdə Qarabağ Komitəsinə ehtiyac yoxdur, çünki.. - ŞƏRH


“...Bu komitənin yaradılması ilə danışıqlar intensivləşməyəcək. Xüsusi ayrılmış deputat qrupu Ermənistanla danışıqlar apara bilməz”




"Qarabağın Azərbaycanlı İcması görüşlər keçirir. Xarici İşlər Nazirliyinin fəaliyyəti qənaətbəxş olmasa da, müəyyən qədər bu işlə məşğul olur".
Bunu "Sherg.az"a Cənubi Qafqaz Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə parlamentdə Qarabağ Komitəsinin yaradılmasına dair  təklifə münasibət bildirərkən deyib.
Ekspert bildirib ki, dövlətin bu istiqamətdə konseptual siyasəti var: 




"Milli Məclisdə yaradılacaq Qarabağ Komitəsi icmanın və nazirliyin işinimi görəcək? Bu komitənin işi nə olacaq? Buna icazə verilə bilməz, bu məsələ deputatların funksiyasına daxil deyil. Deputatlar sadəcə XİN rəhbərini danışıqlar barədə izahat verməyə dəvət edə bilərlər. Həmçinin, xarici işlər nazirini ciddi tənqid edə bilərlər. Bu, parlamentdə mütləq edilməlidir".

Analitikin sözlərinə görə, Milli Məclisdə işğal olunmuş ərazilər barədə qanun qəbul edilməlidir: 

"Bu, gecikmiş bir qanundur. Xüsusi bir  komitənin yaradılması ilə danışıqlar intensivləşməyəcək. Xüsusi ayrılmış deputat qrupu Ermənistanla danışıqlar apara bilməz. Qarabağ danışıqları bir istiqamətdə getməli və Milli Məclisdə yalnız xüsusi müzakirəyə çıxarılaraq dinləmələr keçirilməlidir. Qarabağ Komitəsi onda yaradıla bilər ki, müharibə dövründə müəyyən təqsirkarlar ortaya çıxarılsın və cəzalandırılsın".