Rasim Balayevin səhhətindən xəbər var:“Həkimdəyəm...”

“Hazırda səhhətim normaldır”.


Bunu “Sherg.az”a xalq artisti Rasim Balayev sağlıq durumundan danışarkən deyib. 
O qeyd edib ki, indiki halda sağlamlığımda ciddi problem yoxdur:
“Bir müddət əvvəl keçirdiyim boyun əməliyyatından sonra həkim yoxlanışına gəlmişəm. Hazırda elə həklmdəyəm. Ciddi problem yoxdur”. 

Xalq artisti əməliyyatının ötən ay Türkiyədə aparıldığını vurğulayıb:

 “Boynumda böyük problem vardı. Ağrılar çox idi. Təcili Türkiyəyə getdim. Müayinə etdilər, dedilər, əməliyyata ehtiyac var. Əməliyyat olundum. İndi vəziyyətim normaldır. Ancaq ev şəraitində oluram”.

Rasim Balayev qeyd edib ki, həkimlər ona 4 aydan sonra müayinə olunmaq üçün Türkiyəyə qayıtmasını məsləhət görüb.

Samirə Ərəbova