TƏKLİF: “Məcburi köçkünlərin statusuna yenidən baxılmalıdır”

“Məcburi köçkünlərin statusu ilə bağlı məsələyə yenidən baxılmalıdır”.
“Sherg.az” xəbər verir ki, bunu Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edən deputat Əziz Ələkbərov deyib.
Yeni deputat bildirib ki, məcburi köçkünlərin məsələləri ilə bağlı çox böyük problemlər var:
“Bu məsələ bizim əsas diqqət mərkəzində olmalıdır”.