Komitə sədrindən sərt sözlər: “Tibbi reklamlar vətəndaşın ziyanına işləyir”

“Yaxşı həkimin reklama ehtiyacı yoxdur”
“Sherg.az”ın məlumatına görə, bunu bugün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Musa Quliyev deyib.
Deputat bildirib ki, telekanallardakı tibbi reklamlar bəzən vətəndaşın ziyanına işləyir: 
“Mən özüm də həkiməm. Reklamla məşğul olan həkimlərə tənqidi yanaşmalıyıq. Tibbi reklamlar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəyi əsasında verilməlidir”.