“Xəbərdarlıqlar insanların özləri üçün vacibdir”

Koronavirusla əlaqədər Azərbaycanda ciddi profilaktik tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də səfərlərin məhdudlaşdırılması, bəzi ölkələrə gediş-gəlişin qadağan edilməsidir. Hökumət insanlara tövsiyə edir ki, ciddi səbəb yoxdursa, başqa ölkəyə getməsinlər. Vətəndaşlarımız müxtəlif məqsədlər üçün, xüsusilə ticarət və müalicə ilə əlaqədar olaraq xarici ölkələrə, o cümlədən qonşu Gürcüstana, Rusiyaya, İrana və Türkiyəyə üz tuturlar.
Belə çıxır ki, əhali bir müddətlik çörək pulundan məhrum olmalı, sağlamlığının qayğısına qalmamalıdır.



Məsələ ilə bağlı “Sherg.az”a açıqlama verən politoloq Qabil Hüseynli deyir ki, bu, insanların özləri üçün vacibdir:

“ÜST koronavirusun artıq pandemiya olduğunu deyib. Bu, vəziyyətin ciddiliyindən xəbər verir. İnsanlar gərək tövsiyyələrə, xəbərdarlıqlara əməl etsinlər. Səfərlərin məhdudlaşdırılmasının beynəlxalq əlaqələrə ciddi təsir edəcəyinə inanmıram. Çünki bütün dünyada vəziyyət eynidir”.