Deputat:“Gəlirlərin deklarasiyasına dair qanun layihəsi hazırlanmalıdır”

““Sosial sığorta haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi zəruridir”.
“Sherg.az”ın məlumatına görə, bunu Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin iclasında millət vəkili Vüqar Bayramov deyib.
Deputat bildirib ki, bəzi insanların rəsmi iş yerləri olmadığı üçün onlar bəzi məsələlərdə problemlər yaşayırlar: 

“Bu gün 250 manat maaş alan şəxslər 62 manat 50 qəpik sığorta ödəyir. Məcburi ödənişlərlə minimum əmək haqqı arasındakı fərqi nəzərə almaq lazımdır. Təklif edirəm ki, buna görə də, “Sosial sığorta haqqında” qanuna dəyişiklik edilsin”. 



Millət vəkili məcbur köçkünlərlə bağlı da məsələ qaldırıb: 

“Məcburi köçkünlərə kompensasiya verilməsi ilə bağlı problemlər mövcuddur. Gəlirlərin deklarasiyasına dair qanun layihəsi də hazırlanmalıdır”. 

Komitə sədri Musa Quliyev isə “Sosial sığorta haqqında” qanunun təkmilləşdirilməsi, əlavə və dəyişikliklərlə bağlı məsələ üzərində çalışmağı Vüqar Bayramova tapşırıb. M.Quliyev bildirib ki, bu barədə layihə yaz sessiyasına çatmasa, payız sessiyasında Milli Məclisə təqdim edilə bilər. Komitə sədri eyni zamanda bildirib ki, müvafiq qurumlar da bu layihənin hazırlanmasına cəlb edilməlidir.