Ədalət Şükürov TƏSDİQLƏDİ: “Aydakı torpağımı hədiyyə ediblər”


Xalq artisti Ədalət Şükürov Xəzər TV-nin “5/5” verlişinə qonaq olub.Verlişdə müğənninin   Ayda torpağının olması müzakirə olunub.

"Sherg.az" xəbər verir ki, aparıcı Zaur Kamal məsələylə bağlı müğənniyə suallar yönləndirib.Məlumatı təsdiqləyən müğənni qeyd edib ki , torpaq ona hədiyyə edilib. Zaur Kamalın "Biz lağ edib gülürük ,sən demə doğru imiş" fikrinə  reaksiya verən Ə.Şükürov bildirib:

“Əvvəlcə internetdə araşdırın sonra lağ edib ,ələ salarsınız”.

Xalq artisti onu da qeyd edib ki ,hazırda  20 min azərbaycanlının Ayda torpağı var.

Samirə Ərəbova