Musa Quliyev:"Həkimlərin maaşları artırılsın"

“Azərbaycanda tibb işçilərinin maaşlarına əlavə edilməlidir”. 
Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. 
O bildirib ki, Azərbaycanda koronavirusla əlaqədar həkimlər gücləndirilmiş rejimdə işləyir.
“Buna görə də, həkimlərin maaşları ya artırılmalı, ya da əməkhaqqına əlavələr edilməlidir. Digər tərəfdən isə, onlara mükafatlar da verilə bilər”,- deyə M.Quliyev əlavə edib.