"Hamı vətəndaş məsuliyyətini dərk etməlidir” - Deputat

“Koronavirus təhlükəli düşmən kimi hücuma keçib”
“Sherg.az” xəbər verir ki, bunu deputat Elman Nəsirov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
Deputat bildirib ki, 2001-ci ildən dünyanın ən böyük bəlası terrorizm idisə, son 3 ayda ən böyük bəla koronavirusdur: “Biz buna qarşı ciddi olmalıyıq. Düşmən gözəgörünməzdir. Təhlükəlidir, hücuma keçib. Bu məsələdə hamı vətəndaş məsuliyyətini dərk etməlidir”.