“Koronavirusla bağlı ayrıca qanun layihəsinə ehtiyac var" - Deputat

“Koronavirusla bağlı ayrıca qanun layihəsi üzərində düşünmək lazımdır”. 
"Sherg.az" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Fazil Mustafa deyib.
Parlamentari bildirib ki, bununla bağlı vətəndaşlara televiziya və sosial şəbəkələr vasitəsilə çağırış etməliyik: 
“Qanunda tibb işçilərinin, yol polisinin, bu sahədə çalışan ayrı-ayrı insanların işinin tənzimlənməsi məsələsi əksini tapmalıdır. Təhlükə aradan qalxdıqdan sonra bu qanun onsuz da öz qüvvəsini itirəcək”.
F.Mustafa əlavə edib ki, ən mühüm faktor vətəndaş intizamıdır: 
“Prosesi olduğu kimi birbaşa izah etmək, demək lazımdır. Cəmiyyətdə xeyli insan bunu hələ də lağlağıya çevirir, qeyri-ciddi yanaşır”.