ÇAĞIRIŞ:"Koronavirusa qarşı mübarizədə vətəndaşlar fəal olmalıdır"

“Operativ Qərargahın qərarlarına təkcə Bakıda deyil, regionlarda da ciddi riayət olunmalıdır”.                    
  “Sherg.az”ın məlumatına görə, bunu Milli Məclisin plenar iclasında parlamentin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva deyib.
  Deputat bildirib ki, dövlətin gördüyü tədbirlərlə yanaşı, vətəndaşlar da bu tədbirlərin həyata keçirilməsində fəal olmalıdır: 
“Dövlətlə yanaşı, vətəndaşları da fəal olan xarici ölkələrdə koronavirusun aradan qaldırılması üçün addımlar daha effektiv olur. Əlbəttə, təşvişə əsas yoxdur. Ancaq vətəndaşlarımız dünyada olan bu ciddi təhlükənin fərqində olmalıdır. İtaliyada insanların vəziyyəti ciddi qəbul etməməsi nəticəsində virus çox geniş yayıldı. Ona görə maarifləndirmə işlərini çox ciddi şəkildə aparmalıyıq”.