“Dezinformasiya koronavirusdan da zərərlidir" - Komitə sədri 

“Dezinformasiyalar, yalan məlumatların yayılmasının qarşısı alınmasa, bunun insanlara vurduğu zərər koronavirusun vurduğu zərərdən az olmayacaq”. 
“Sherg.az” xəbər verir ki, bunu Milli Məclisin bugün keçirilən iclasında millət vəkili Qənirə Paşayeva deyib. 
Deputat bildirib ki, reytinq xatirinə hansısa başlıqlarla doğru olmayan məlumatları qoymaq, daha çox izləyici yığmaq vaxtı deyil: 
“Ona görə, xahiş edirəm ki, hər kəs bu mövzuda yalan informasiyalar yaymaqdan qaçsın. Bu problemlərinin bir çoxunun yayılma qaynağı Azərbaycan sərhədlərindən kənardadır. Bir məlumat yayıldı ki, bir rayona çoxlu sayda ambulans maşın cəlb edilib. Mən vaxtımın böyük hissəsini həmin rayonun sakinlərindən bu məlumatların dəqiqləşdirilməsinə sərf etdim. Sosial şəbəkələrdə yayılan məlumatlara vaxtında reaksiya verilməlidir. Bu məlumatların geniş şəkildə ölkə daxilində yayılmasının qarşısı alınmalıdır. Sosial şəbəkələrdə yayılan məlumatların nəzarətdə saxlanılması üçün operativ quruma ehtiyac var. Bu gün informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin gücləndirilməsinə çox böyük ehtiyac var, müvafiq qurumları bu məsələyə diqqət yetirməyə çağırıram”.