İcra başçılarının “əl-qolu” bağlanır - Sərəncam effektiv olacaq    

Prezident İlham Əliyev dövlət idarəçiliyində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi üçün yeni informasiya sistemi yaradılmalıdır.

Yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyi mütərəqqi dünya təcrübəsinə uyğun əsas səmərəlilik göstəriciləri üzrə qiymətləndirilməlidir. Əsas məqsəd, şübhəsiz ki, icra başçılarının fəaliyyətinə nəzarət etməkdir.



Sərəncamına əhəmiyyəti barədə “Sherg.az” danışan AVCİYA Seçki Qərargahının rəhbəri, tarix elmi üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı
deyib ki, bu addım müsbət nəticələnəcək:
“Bəzi icra başçılarının qanuna ziddi hərəkətləri, onların həbsi göstərir ki, bu sərəncam labüddür. Fikrimcə, bundan sonra idarəetmədə şəffaflıq olacaq. Hər halda Sərəncamın müsbət nəticə verəcəyinə inanıram”.