Holdinq rəhbərindən MÜHÜM TƏKLİF: “Online” layihələr artmalıdır”

“Koronavirus təhlükəsi ilə bağlı baş verənlər bir daha “online” xidmətlərin əhəmiyyətini göstərdi”.
“Sherg.az” xəbər verir ki, bu barədə “APA” Media Qrupun rəhbəri Vüsalə Mahirqızı sosial şəbəkədə yazıb. 
Baş redaktor bildirib ki, virus təhlükəsi elektron hökumət layihəsinin önəmini artırıb: 
“Bu məsələ özəl sektorda “online” infrastrukturun yaranması və inkişafının, bu sahədəki biznesin dəstəklənməsinin vacibliyini ortaya qoydu. Təhsil sistemimiz tamamilə “online” xidmətə hazır olmalıdır. Özəl sektor “online” xidmətlərin sayının artırılması istiqamətində layihələrə diqqət yetirməlidir. “Online” layihələr artmalıdır. Dövlətin bununla bağlı dəstəkləmə və təşviqi müsbət və daha yaxşı nəticələrin əldə olunmasına kömək edər”.