“Soyuqqanlı davranıb, qərarlara hörmətlə yanaşaq” - Deputat

“İnsanları təşvişə salacaq dəqiqləşdirilməmiş məlumatların yayılmasına yol verməməliyik. Dövlətimiz üzərinə düşəni edir və bundan sonra da edəcək”



“Koronovirusla mübarizə sahəsində ən adekvat addım atan və qabaqlayıcı tədbir görən ölkələrdən biri Azərbaycandır”. 
“Sherg.az”ın xəbərinə görə, bunu millət vəkili Ceyhun Məmmədov deyib. Deputat bildirib ki, hazırda virusun ölkəmizdə yayılmasının qarsısının alınması məqsədi ilə qabaqlayıcı tədbirlər davam etdirilir: 

“İzolyasiya tədbirlərinin həyata keçirilməsi də məhz bu məqsədə xidmət edir. Onu da vurğulamaq lazımdır ki, bu məsələdə hər bir ölkə vətəndaşının üzərinə böyük məsuliyyət düşür. Hər birimiz verilən qərarlara hörmətlə yanaşmalı, tam riayət etməli, təmkinli olmalı, məsələlərə soyuqqanlı yanaşmağı bacarmalıyıq. İnsanları təşvişə salacaq dəqiqləşdirilməmiş məlumatların yayılmasına yol verməməliyik. Dövlətimiz üzərinə düşəni edir və bundan sonra da edəcək”.