Koronavirusla Mübarizəyə Dəstək Fondu təqdir edildi: “Həmrəyliyi ehtiva edir”

Prezident İlham Əliyevin Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması ilə bağlı fərmanı əslində Azərbaycan dövlət ilə vətəndaşlar arasında bu ağır günlərdə həmrəyliyi ehtiva edir”

Bu barədə “Sherg.az”a millət vəkili Fazil Mustafa bildirib.
 
Deputat bildirib ki, bu ideya bütün imkanı çatan vətəndaşlar tərəfindən dəstəklənməlidir: 

“Dövlət onsuz da öz imkanlarını səfərbər alaraq müvəqqəti olaraq işini dayandırmış, sosial çətinliklərlə üzləşmiş vətəndaşlara dəstəyini əsirgəmir. Bu prosesdə imkanı çatan vətəndaşların da öz töhfəsini verməsi daha az itkilərlə bu çətin sınaqdan çıxmamıza vəsilə ola bilər. Ona görə də mən də bir siyasi partiya rəhbəri və milliət vəkili olaraq əmək haqqımdan bu fonda fəaliyyətə başlayan kimi vəsait köçürəcəyəm. Hər birimiz bu gün dünyanı bürüyən epidemiya təhlükəsinə qarşı mübarizə üçün azacıq fədakarlıq etsək, bununla yalnız dövlətimizə dəstək vermiş olmayacağıq. Eyni zamanda azərbaycanlı olaraq bir-birimizə dəyər verdiyimizi göstərəcəyik”.