"Real" karantin qaydalarını pozan futbolçusunu satır

"Real" hücumçusu Luka Yoviçlə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası ilə əlaqədar klubun karantin qaydalarını pozaraq sevgilisinin ad günü üçün Belqrada gedən forvard transferə çıxarılacaq.

"Kral klubu" onsuz da, əsas heyətə düşə bilməyən Serbiya millisinin üzvünün bu hərəkətinin qəbuledilməz olduğunu düşünür. Bu üzdən yayda sərfəli təklif gələrsə, Yoviç satılacaq. Hazırda 23 yaşlı oyunçu ilə "Tottenhem" və "Çelsi" maraqlanır.

Qeyd edək ki, "Real" Luka Yoviçi ötən il "Ayntraxt"dan transfer edib.