Xalq artisti virusdan necə qorunduğunu AÇIQLADI: Təmizlik, təmizlik, bir də təmizlik !

“Həmişə təmizliyə riayət edirəm. Mənim üçün yeni bir şey deyil. Sadəcə daha ciddi fikir verirəm.Tək fərqli olan evdə oturmaqdır. Həmişə  hara getmişəm çantamda spirt mütləq olub. Evdə dərs keçəndə masqa taxırdım. Deyirdim uşaqlar istər- istəməz toz olur, ona görə lazımdır. Ailədə də təmizliyə ciddi şəkildə riayət olunub. Ona görə mənim üçün qeyri-adi bir şey yoxdur.Əsas dünyamızda salamatlıq olsun”.

Bu sözləri “Sherg.az”a tanınmış xanəndə, xalq artisti Mələkxanım Əyyubova koronavirusa qarşı gördüyü tədbirlərdən danışarkən deyib.
O  qeyd edib ki, insanlar həmişə öz təmizliklərinə riayət etməlidirlər:

“Gigiyenik qaydalara təkcə virusdan qorunmaq üçün yox, hər zaman fikir verilməlidir.Virus yayıldıqdan sonra hamı spirtlənməyə , maska taxmağa başladı. Hətta ev təmizlənəndə belə maska taxmaq lazımdır.Məsələn, tozsoran işləyir toz nəfəsinizə getməsin deyə maska taxılmalıdır. Çunki allergiya yarana bilər. Evi siləndə suya sirkə və ya dezinfeksiyaedici vasitə töküb, sonra təmizləyirik. Mən həmişə belə etmişəm. Bir restorana gedəndə yemək yeməz əvvəl xaricdən gətizdirdiyim spirtli təmizləyicilərlə əllərimi silirdim. Bilirəm ki, belə olmalıdır”.

Xalq artisti onu da qeyd edib ki, insanaların təmizlik qaydalarını bilməsi vacibdir: “Yenə də deyirəm bu,  nə mənim üçün, nə də ailəm üçün qeyri-adi deyil. Tək düşündüyüm sağlamlıqdır.Salamatlıq olsun. İstəmirəm ki, insanlar nələrisə qorxudan etsinlər.Təmizlik, mədəniyyət, vicdan bunlar insanın özündə olmalıdır.

Qurban olum Allaha. Bizim Allahımız rəhimlidir, qullarını sevəndir. Əlbəttə təmizliyə əməl etmək zəruridir. Amma təkcə, virusa görə deyil, təmizliyə hər zaman riayət edilməlidir. Bu, insanın özündə olmalıdır. Ən yaxşı xüsusiyyətlər insanın daxilində olmalıdır. Heç kimə dərs vermək fikrində deyiləm.Amma ürəyimdən gələnləri deyirəm. Çunki həmişə təmizlik qaydalarına riayət edirəm.Ailəmə ,tanıdıqlarıma da hər zaman tövsiyyə etmişəm. Tələbələrimə də həmçinin.  Dərsə getməz əvvəl xəbər edirdim, sinifi təmizləyirdilər.Sonra gedib dərs keçirdim.Yenə də qeyd edirəm insanlar təmizlik qaydalarına riayət etməlidirlər."

Sonda M.Əyyubova Novruz bayramı münaibəti ilə Azərbaycan xalqına arzularını da izhar edib:

“Gün o gün olsun, bayramlarımızı xalqımızın adət-ənənələrinə uyğun olaraq kütləvi şəkildə keçirək. Baharı ürəkaçıqlığı və salamatıqla qarşılayaq”.

Samirə Ərəbova