"Ümumi bəladır başımıza gəlib, bir- birimizin oduna yanmalıyıq" - Nadir Qafarzadə

Koronavirus təhlükəsi sənət dünyasında da aktuallığını qoruyur. Sənət adamları bu günlərdə sosial şəbəkələrdə canlı yayımlar açaraq xalqa müraciət edirlər. İnsanları həmrəyliyə çağırırlar.

"Sherg.az" xəbər verir ki,  müğənni Nadir Qafarzadə rəsmi  Instagram səhifəsindən canlı yayım açaraq,  öz dəstəyini nümayiş etdirib:

Yaman fövqəladə vəziyyətdir. Mən də evdəyəm. Necə olacaq bu işlər?
 Çünki elə insanlar var ki, gündəlik əmək haqqı ilə işləyirlər. Dövlət müəssisələrində işləyən vətəndaşlar maaş alacaqlar. Bəs, qeyri - dövlət müəssisələrində işləyən insanların axırı necə olacaq?
İnsanlar var ki, evdə körpə uşaqları var. Hər gün evə 5-10 manat gətirirdilərsə indi o gəlir də olmayacaq. İnsallah bu çətinlikliklər də keçər. Düşunməyin ki, təkcə özümüz üçün narahatıq. Biz də xalqın nümayəndəsi kimi millətimizi fikirləşirik. Məsələn insanların kredit borcları var, ödəniş etməlidirlər. Bu virus bizi nə qədər çətinliyə saldı. İnşallah dövlət başçımızın qayğısı sayəsində bu epidemiya bizdən az zərərlə yan keçər. Gündəlik çalışan qardaşlarımız var. Məsələn dostlarımız var ki, kafedə, restoranda işləyirdi, indi evdə oturublar. Yəni onların vəziyyəti çətindir. Əgər imkanlı qohumları varsa, əl tutsunlar. Az da olsa bir - birinizə kömək edin, dəstək olun. Azyaşlı uşaqlar olan evlər var. Balacalara izah edə bilmirlər ki, yoxdur. Elə ailələrə ürəyim ağrıyır. Düzdu bizim evdə balaca uşaq yoxdur. Amma mən özümdən danışmıram. Bu ümumi bəladır başımıza gəlib, bir- birimizin oduna yanmalıyıq.  

İzləyicilərin suallarını cavablandıran müğənni onu da söyləyib ki, başımız koronavirus  probleminə  qarışdığından bayramı da unutmuşuq:

-Bu ilki bayram o qədər mənasız oldu. Təsəvvür edin şəhərə çıxıram, məni ağlamaq tutur. Bizim insanlarla qaynayan şəhərimiz boş qalıb. İraq olsun kimsəsiz şəhərı xatırladır. Allah hər birimizin köməyi olsun. Bu bəlalar gəlib keçsin. Düşünürəm ki, çoxlarına dərs olar. Allahı tanımayan insanlar var idi ki , istədikləri hər şeyi edirdilər. İnsanların haqqlarını yeyirdilər, ədalətsizlik edirdilər. Başqasının halalına göz dikirdilər. Qadınlara, uşaqlara qarşı zoraklıqlar törədirdilər. O insanlara deyirəm ki, indi əməllərinizə baxın. Bəlkə bu bir imtahandır. Allah köməyimiz olsun. Gəlin dualar edək. Allahdan gözəl günlər diləyək. Kimin pis əməlləri olubsa onlardan uzaqlaşsın haqq yoluna gəlsin. Allah düzgün əməl sahiblərini sevir. Yenə də deyirəm bu çətin imtahandır .Bu günlərdən birlikdə keçəcəyik. Dövlətimizin siyasəti nəticəsində çətinliklərin öhdəsindən gələcəyik. Dövlət başçımız və ailəsidə xalqın yanındadır. Düşünürəm ki, hər şey yaxşı olacaq. Bu müddətdə ərzində bir- birinizlə təmasda olmayaq. Spirtdən, masqalardan istifadə edək. Düzdü evdəyəm deyə indi  istifadə etmirəm, amma evə gələn kimi əllərimi yuyuram, spirtləyirəm. Həyat yoldaşım mənim də övladlarımın da gigiyenasına nəzarət edir. Allah köməyimiz olsun.Yenə də imkanlı şəxslərə səslənirəm, çətin günlərdə maddi cəhətdən ehtiyacları olan insanlara köməklik göstərsinlər. Bu çətin günlərin öhdəsindən bir yerdə gəlməliyik.

Samirə Ərəbova