İranda altı yaşlı uşaq koronavirusdan öldü

İranda azyaşlı uşaq koronavirusdan ölüb.
“Anadolu” agentliyi xəbər verir ki, Şimali Xorasan vilayətində virusa yoluxmuş altı yaşlı uşaq həyatını itirib.
Ölkənin bu regionunda koronavirusun aşkar edildiyi 189 nəfərdən 19-nun öldüyü bildirilir.
99 nəfər isə xəstəlikdən sağalaraq evlərinə buraxılıb.