Bakıda dörd yaşlı qız bədbəxt hadisənin qurbanı oldu


Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsində martın 25-i gündüz saatlarında dörd yaşlı qız bədbəxt hadisənin qurbanı olub.
Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
İlkin məlumatlara görə, evin həyətində 2016-cı il təvəllüdlü Məryəm Rəhimlinin üstünə qapı aşıb. Uşaq xəstəxanaya aparılarkən yolda aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.