Səfir: “Evlərimiz səngərə çevrilib” – Özümüzü və yaxınlarımızı qoruyaq !

Vilayət Quliyev: “Həyat yaşamaq uğrunda mübarizə aparmağı bacaranların nəsibidir”

"Sanki hamı müharibədə, həm də ön cəbhədədir.  Atəşin nə zaman, haradan, hansı çaplı silahdan açılacağını bilmirsən".
"Sherg.az"ın xəbərinə görə bu barədə Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri, araşdırmaçı-alim Vilayət Quliyev deyib.
Səfir bildirib ki, evlərimiz səngərə çevrilib: 

"Əsl müharibədən fərqli olaraq adi səngərlər də var, VİP səngərlər də. Olsun! Hamı yaşamaq istəyir. Həyat yaşamaq uğrunda mübarizə aparmağı bacaranların nəsibidir. Kədərli gündür. Koronavirus Budapeştdəki diplomatik korpusdan ilk qurbanını apardı. Böyük Britaniya səfirliyinin müşaviri (səfirin müavini) Steven Dick 37 yaşında "COVİD-19" diaqnozu ilə həyatını itirdi. Adam diplomat kimi çalışdığı Əfqanıstanda, Suriyada ucuz ölümdən qurtarıb bir ay əvvələ qədər "dolçe vita"-nın məskəni sayılan Budapeştdə əcələ can verdi...".