Arif Quliyev saxlanılmasından DANIŞDI: “Evimin qabağında tutdular, mən də dedim...”

“Düz edib, saxlayırsınız. Bu qayda-qanun hamıya aiddir”



Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyasına qarşı ölkə ərazisində elan etdiyi xüsusi karantin rejiminə əsasən, 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilib.
Mübarizə tədbirləri çərçivəsində polis əməkdaşlarının paytaxt küçələrində apardığı reyd zamanı Xalq artisti Arif Quliyevin qadağanı pozduğu müəyyən edilib.

"Sherg.az" olaraq Arif Quliyevlə əlaqə saxladıq.

-Hadisə necə baş verdi?
-Evimin yaxınlığında saxlanıldım. Yasamalda 45 illik binada yaşayıram və evimdən 100 metr uzaqlıqda da maşınımı saxlayıram. Evdən də maşından bir-iki sənəd götürmək üçün çıxmışdım. O da  polis bizi gördü. Dedim düz edib, saxlayırsınız. Bu qayda-qanun hamıya aiddir. Evimim yaxınlığıdır ,evimə qayıdıram. Dövlətimiz bizim sağlamlığımız üçün qərar verir. Polis saxlayandan sonra mənzilimə qayıtdım. Dostumu da evinə apardılar.

-Koronavirus təhlükəsi ilə bağlı xalqa nəyi tövsiyə edərdiniz? 

-Hər birimiz qayda-qanuna riayət etməliyik. Prezidentimizin də dediyi kimi bu xəstəliyi bir yerdə müalicə etməliyik. Güc birlikdədir. Hər birimizin Prezidenti olan cənab İlham Əliyev xalqın qayğısına qalaraq qərarlar qəbul edir. Kim olur olsun 65 yaşdan yuxarı insanlar evdən çıxmamalıdır.Bugün qəbul olunan qayda-qanunlar xalq üçündür. Biz ən stabil respublikanın vətəndaşlarıyıq.

-Karantin günlərində bir sənətkar olaraq evdə hansı işlərlə məşğul oldunuz? 

-Hamı evdə bir işlə məşğuldur. “Online” şəkildə xalqa göstərərək  kimi rəqs edir ,kimi mahnı oxuyur. Mən də proqram hazırlayıram.cvEvdəkilərə yumor çələngi  hazırlamışam. Sabah da çəkiliş olacaq. Hamı öz bildiklərini xalqa çatdırmalıdır.

Samirə Ərəbova