Ermənistanda koronavirusa yoluxanların sayı 300-ü ötüb


Ermənistanda koronavirus infeksiyasına yoluxanların sayı artmaqdadır.

AZƏRTAC xəbər verir ki, martın 27-nə olan məlumata görə, bu ölkədə koronavirusa yoluxanların sayı daha 39 nəfər artaraq 329-a çatıb.

Martın 26-da Ermənistanda koronavirusdan ilk ölüm faktı da qeydə alınıb.

Qeyd edək ki, koronavirusla əlaqədar Ermənistanda fövqəladə vəziyyət elan olunub.