İnfeksiya 10 yaşdan aşağı uşaqlara və yaşlılara daha tez yoluxur


Gürcüstanda 5 uşaq koronavirusa yoluxub.
Bu barədə İaşvili adına Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru İvane Çxaidze məlumat verib. Onun sözlərinə görə, uşaqların hamısında xəstəlik yüngül formada keçir: “Koronavirusa uşaqlarda nadir hallarda rast gəlinir. Əgər azyaşlılar bu infeksiyaya yoluxurlarsa, xəstəlik yüngül və yaxud orta ağır formada keçir”.

 Azərbaycanlı həkim Fəxranə Hüseynzadə "Sherg.az"a açıqlamasında bildirib ki, ən yaxşı təhlükəsizlik tədbiri tövsiyə və tapşırıqlara əməl etməkdir:

"Koronavirus yeni xəstəlikdir. Ona görə də bu infeksiya haqqında kifayət qədər informasiya yoxdur. Ancaq bəzi mənbələrin yazdığına görə, bu infeksiya 10 yaşdan aşağı uşaqlara və yaşlılara daha tez yoluxur. Çünki onların immunitetləri zəifdir. Odur ki, valideynlər diqqətli olmalıdırlar. Koronavirusla bağlı müxtəlif versiyalar olsa da, reallıq göz önündədir. Azərbaycanlılar qonaqpərvərdirlər. Lakin belə vəziyyətdə iradəli olub evdən çölə çıxmamaq lazımdır".