Azərbayan dövləti  bütün resursları korona virusun yayılmasının qarşısını almağa yönəldib

Belə bir vəziyyətdə icbari tibbi sığortanın tətbiqi ikinci plana keçib. Bu da təbiidir və anlaşılandır

Azərbaycanda icbari tibbi sığortanın mərhələli şəkildə tətbiqi müddəti uzadılır.  Bu, “Tibbi sığorta” haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. 
Qüvvədə olan qanuna əsasən, icbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, 2020-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunmalı idi. Dəyişikliyə əsasən, bu müddət 2021-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunacaq. 
Layihə Milli Məclisin martın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Icbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqini 2021-ci ilədək uzadılması nəylə bağlıdır? 

Həkim Vaqif Qarayev “Şərq.az”a açıqlamasında əsas səbəbin koronavirus pandemiyası ilə mübarizə olduğunu dedi: 

-2020-ci il ərzində icbari tibbi sığorta ölkə boyu mərhələli şəkildə həyata keçirilmə idi. Bu məqsədlə işlər aparılırdı. Amma koronavirus fəaliyyət istaqamətini dəyişdi. Dünya hazırda koronavirus fəlakətindən yaxa qurtarmağın yollarını arayır. Azərbayan dövləti də bütün resursları korona virusun yayılmasının qarşısını almağa yönəldib. Belə bir vəziyyətdə icbari tibbi sığortanın tətbiqi ikinci plana keçib. Bu da təbiidir və anlaşılandır.  Daha vacib indi pandemiya ilə mübarizədir. Hökumət resursların parçalanmasına imkan verə bilməz. Yəni səbəb, birmənalı şəkild epidemiya ilə mübarizədir.