Məşhur ekstrasens koronavirusun bitəcəyi TARİXİ AÇIQLADI

Rusiyada yaşayan və orada fəaliyyət göstərən azərbaycanlı ekstrasens Zirəddin Rzayev koronavirusun nə zaman bitəcəyini açıqlayıb. Lent.az -ın məlumatına görə, ekstrasens instaqramda prodüser Tarix Əliyevin canlı yayımına qoşularaq, bu sözləri deyib:
"Bu virus haqda illər öncə məlumat vermişdim. Bildirmişdim ki, insanların maskalara ehtiyacı olacaq. Yay aylarının sonuna qədər virus ortadan qalxacaq, payız aylarında isə koronavirus təhlükəsi olmayacaq”.