"Qapı-qapı gəzib vətəndaşlara xidmət edirlər" - Dövlətə dəstək olaq !

"Bu ağır gündə vətəndaşlara səslənərək onları çölə çıxmamağa, dövlətə dəstək olmağa çağırıram".
Bunu "Sherg.az"a Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatın təmsilçisi, gənc fəal Fuad Heydər deyib.
Gənc fəal bildirib ki, YAP-ın gənclərdən ibarət könüllülər qrupu dövlət qurumları tərəfindən görülən işlərə hərtərəfli dəstək verirlər: 
"Yerli idarəetmə orqanlarının işləri ilə daha yaxından tanış olmaq üçün ərazilərdə könüllü şəkildə görülən dezinfeksiya proseslərini izləyirik. Hətta bunun üçün Bakıxanov Bələdiyyəsinə müraciət etdərək rayon ərazisində görülən işlərə nəzarəti həyata keçiririk. Qurumun bütün işçi heyəti davamlı olaraq qapı-qapı gəzir və vətəndaşlara xidmət edirlər. Biz də könüllülər olaraq həyata keçirilən işlərə hərtərəfli dəstək veririk. Əlimizdən gəldiyi qədər evlərindən çıxmayan ehtiyac sahibi insanlara, ən əsası isə yaşlı vətəndaşlarımıza yardım göstərməyə çalışırıq".