Cəlilabad rayonunun prospekt və küçələri dizenfeksiya olunur


Ümumdünya Səhiyyə Təşkilatı Tərəfindən qlobal pandemiya hesab olunan koronavirus (COVID-19) infeksiyasının rayon ərazisində yayılmasının qarşısının alınması məqsədilə Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəlilabad şəhərinin küçə və prospektləri xüsusi olaraq dezinfeksiya məhlulları ilə yuyulur.

Koronavirusa mübarizə məqsədilə rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil və məkəbəqədər təhsil ocaqlarında, əhalinin daha sıx yerləşdiyi ərazilərdə də vaxtaşırı dizenfeksiya işləri aparılır.