ABŞ-da koronavirusa yoluxanların sayı 120 mini keçib - YENİLƏNİB

 
ABŞ-da koronavirusa yoluxanların sayı 121 min 117 nəfər olub. 

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə “Johns Hopkins” Universitetinin hesabatında qeyd edilib.

Bildirilib ki, yeni virusdan ölənlərin sayı isə artaraq 2010 nəfərə çatıb.

 

***

00:46

ABŞ-da koronavirusa (COVID-19) yoluxanların sayı 112 468 nəfərə çatıb.

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə “Johns Hopkins” Universitetinin günlük bülletenində bildirilib.