Məşhur aktyor koronavirusdan öldü


Məşhur aktyor Mark Blum dünyasını dəyişib.

Axşam.az xəbər verir ki, aktyorun bir neçə gün əvvəl koronavirus infeksiyasına yoluxduğu ortaya çıxıb. Xəstəxanaya aparılsa da Markın həyatını xilas etmək mümkün olmayıb.

69 yaşlı aktyorun ölüm xəbərini dostları yayıb.

Qeyd edək ki, bu, Nyu-York teatrında ölən ikinci aktyordur. Bundan əvvəl teatrda yazıçı kimi fəaliyyət göstərən Terrence Fillips də koronavirusdan vəfat edib.