Polis karonavirusla bağlı əhalini maarifləndirməkdə davam edir

Samux Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində vətəndaşlar ilə mütəmadi olaraq maarifləndirici söhbətlər apararaq onlara evdə qalmaları üçün tövsiyələr verir.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Lent.az -a verilən məlumata görə, şəhər ərazisində yaşı 65-dən yuxarı olan şəxslər müəyyən edildikdə isə polislər vətəndaşı evinə qədər müşaiyət edərək evdə qalmaları barədə xəbərdarlıq edirlər. Vətəndaşlara bildirilib ki,görülən bu tədbirlərin məqsədi onların sağlamlığının qorunması və virusun törədə biləcəyi digər fəsadların qarşısının alınmasıdır.