Ermənistanda koronavirusa yoluxan hərbçilərin sayı 6-ya çatdı

Son 24 saatda Ermənistanda daha bir hərbçidə koronavirus aşkarlanıb.
Lent.az Ermənistan KİV-nə istinadla bildirir ki, bu haqda ölkənin Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan özünün “Facebook” səhifəsində məlumat yayıb.
Beləliklə, Ermənistanda koronavirusa yoluxan hərbçilərin sayı 6-ya çatıb.